Bizi izləyin:
Heydər Əliyev
ATU-da Əczaçılıq sahəsində yeni texnologiya hazırlanıb

ATU-da Əczaçılıq sahəsində yeni texnologiya hazırlanıb

    Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti Sevil Mehralıyeva və dissertant Bəhruz Məmmədov elmi tədqiqatlar nəticəsində bitki mənşəli xammallardan fitoekstraktın alınması üçün yeni yüksəksürətli ekstraksiya texnologiyası ixtira ediblər.

    Avrasiya Patent Təşkilatı tərəfindən təsdiqlənən innovativ texnologiya bioloji fəal maddələrin bitki xammalından qısa zaman ərzində, yüksək effektivliklə və maksimal çıxımla əldə olunmasına imkan yaradır. Ekstraksiya prosesi cəmi 7 dəqiqə ərzində tamamlanır və bu müddət ərzində bioaktiv komponentlərin struktur bütövlüyü və bioloji aktivliyi qorunur.

     Metodun praktiki reallaşdırılması 2020-ci ildə kafedraya müəlliflərin təşəbbüsü ilə gətirilmiş Stegler 360 cihazı  (yüksəksürətli rotor-stator tipli dispersiya sistemi (high- speed rotor-stator disperser) vasitəsilə həyata keçirilib. Yüksək tezlikli mexaniki təsir və intensiv qarışdırma prinsipi əsasında işləyən bu cihaz bitki hüceyrə strukturlarının effektiv destruksiyasını təmin edərək bioaktiv maddələrin sürətli ekstraksiyasına şərait yaradır.

         Eyni zamanda, yüksəksürətli ekstraksiya üsulu ilə əldə olunan fitoekstraktların müasir dərman daşıyıcı sistemlərə (DDS) inteqrasiyası onların bioəlçatanlığını və terapevtik effektivliyini artıraraq innovativ farmasevtik formulyasiyaların hazırlanmasına elmi baza yaradır.

       Texnologiya Avrasiya patenti ilə qorunur və elmi-tədqiqat məqsədləri ilə yanaşı, müvafiq istinad və hüquqi qaydalara uyğun şəkildə yeni fitoterapevtik və farmasevtik preparatların hazırlanmasında istifadə potensialına malikdir.

 

Paylaş

Dostlarınız ilə paylaşın.