Bizi izləyin:
Heydər Əliyev
“Beynəlxalq Əməyin Mühafizəsi və Peşə Sağlamlığı Günü”nə həsr olunan tədbir keçirilib

“Beynəlxalq Əməyin Mühafizəsi və Peşə Sağlamlığı Günü”nə həsr olunan tədbir keçirilib

    Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında “Beynəlxalq Əməyin Mühafizəsi və Peşə Sağlamlığı Günü”nə həsr olunan tədbir keçirilib.

    Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan, Təlim tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov və kafedra müdiri, dosent Şəhla Balayeva əmək mühitində sağlamlıq və təhlükəsizlik məsələlərinin müasir səhiyyə sistemində xüsusi yer tutduğunu vurğulayıb, peşə xəstəliklərinin profilaktikasının və risklərin idarə olunmasının aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıblar.

    Elmi hissədə əmək sağlamlığı üzrə mütəxəssis Pərviz Axundov peşə sağlamlığı ilə bağlı geniş məlumat verib. Tədbir zamanı əmək sağlamlığı ixtisası üzrə I kurs magistrantları Nətavan İmanzadə və Qərib Əliyev, Ətraf mühit və sağlamlıq ixtisası üzrə I kurs magistrantı İlahə Qadaşova, Gigiyena ixtisası üzrə II kurs rezidenti Elvira Nadirova aktual mövzular üzrə çıxış ediblər.

    Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Amil Babayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Səbinə Babazadə, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva əmək sağlamlığının aktuallığı və vacibliyi ilə haqqında danışıblar.

    Aparılan müzakirələr iştirakçılar arasında fikir mübadiləsini gücləndirib, nəzəri biliklərlə praktik təcrübənin uzlaşdırılmasının vacibliyini bir daha vurğulayıblar. Qeyd olunub ki, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılması yalnız səhiyyə işçilərinin deyil, eyni zamanda dövlət qurumlarının, işəgötürənlərin və cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətini tələb edir.

   Tədbirin sonunda çıxışçılar sertifikat və təşəkkürnamələrlə təltif olunublar.

Paylaş

Dostlarınız ilə paylaşın.