Bizi izləyin:
Heydər Əliyev
Alimlərimizin tədqiqatı Q1 kateqoriyalı jurnalda

Alimlərimizin tədqiqatı Q1 kateqoriyalı jurnalda

   Azərbaycan Pediatrlar Assosiasiyasının dəstəyi ilə qurumun üzvü olan tanınmış alimlər beynəlxalq elmi bazalarda tədqiqatları ilə ölkəmizi uğurla təmsil edirlər.

   Azərbaycanlı alimlərin müəllifi olduğu növbəti məqalə dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan "Frontiers in Forests and Global Change" jurnalında işıq üzü görüb. Məqalədə bəhs olunan tədqiqatda COVID-19 infeksiyasının və D vitamini statusunun uşaqlarda iltihabi reaksiyalara səbəb ola bilmə təsirləri araşdırılıb.

   Tədqiqat işinin ərsəyə gəlməsində t.ü.f.d., İlhamə Hüseynova, t.e.d., professor Ələkbər Həsənov, t.e.d., professor Nailə Sultanova, t.ü.f.d., dosent Fəxriyyə Məmmədova t.ü.f.d., dosent Təranə Tağı-zadə, t.ü.f.d. Aysel Süleymanlı və t.ü.f.d., dosent İsmayıl Qafarov iştirak ediblər.

   Qeyd edək ki, dünya elmi ictimaiyyəti tərəfindən qəbul edilən yüksək reytinqli bu nəşr beynəlxalq elmi bazalarda Q1 kateqoriyasındakı jurnallar siyahısında yer alır.

Paylaş

Dostlarınız ilə paylaşın.