

Azərbaycan Tibb Universitetinin (ATU) oğlanlardan ibarət voleybol komandası “Zəfər Festivalı – 3” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında təşkil olunmuş yarışın final mərhələsinin qalibi olub. ATU komandası birincilik uğurunda UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti komandası ilə mübarizə aparıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Zəfər Festivalı – 3” adlı idman yarışları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik gününə həsr olunub.
Festival 26 may tarixində başa çatacaq.
