Bizi izləyin:
Heydər Əliyev
1986-cı il məzunlarının 40 illik yubileyi ATU-da qeyd olunub

1986-cı il məzunlarının 40 illik yubileyi ATU-da qeyd olunub

    Azərbaycan Tibb Universitetində (ATU) 1986-cı il məzunlarının 40 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəylinin və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun təbrik məktubları səsləndirilib.

   Ardınca həmin dövrün məzunu, AMEA-nın müxbir üzvü, I Cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək tələbə yoldaşları və müəllimlərini salamlayıb. Onların tələbəlik illərinin sovet dövrünə təsadüf etdiyini, sonrakı mərhələlərin isə ölkəmizin müstəqillik illəri və müharibə dövrləri ilə yadda qadığını bildirən professor vurğulayıb ki, həm I, həm də II Qarabağ müharibələri zamanı Azərbaycan həkimləri böyük fədakarlıq göstərərək əsl qəhrəmanlıq nümunəsi nümayiş etdiriblər.

   Bu qəbildən olan görüşlərin təşkilinə də toxunan N.Bayramov qeyd edib ki, belə tədbirlər məzunların illər sonra yenidən bir araya gəlməsi, müəllimlərini görməsi və tələbəlik xatirələrini bölüşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

   Sonra ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov çıxış edib. Tələbəlik illərini insan ömründə xüsusi bir mərhələ kimi dəyərləndirən E.Novruzov məzunlara bundan sonrakı peşəkar fəaliyyətlərində də uğurlar arzulayıb.

   Rusiya Tibb Elmləri Akademiyası və Avropa Təbiət Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor Vaqif Şadlınski çıxışında universitetin və uzun illər rəhbərlik etdiyi İnsan anatomiyası və tibbi terminologiya kafedrasının fəaliyyəti barədə məlumat verib. O, kafedranın elmi nailiyyətləri və qazandığı uğurlardan danışaraq maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

   Ümumi cərrahlıq kafedrasının professoru Rüstəm Məmmədov və I Cərrahi xəstəliklər kafedrasının dosenti Səxavət Rəfiyev də çıxışlarında  həmin dövrün yaddaqalan tələbələri ilə bağlı xatirələrini bölüşüblər.

   Məzunlar adından çıxış edən İlqar Osmanovun müəllimləri ilə bağlı səmimi və kövrək xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.

   Müəllimlərə plaketlər təqdim olunduqdan sonra tədbir Anatomiya muzeyinin yaxından tanışlığı ilə başa çatıb.

Paylaş

Dostlarınız ilə paylaşın.