

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları – Xudayar Həsənov, Əsmət Əzizova, Şimid Qasımov və Mətanət Yusifovanın həmmüəllifi olduqları "Synthesis, structure, and properties of platinum(II) complexes with monoethanolamine" adlı məqaləsi nüfuzlu "Chemical Review and Letters" elmi jurnalında nəşr olunub.
Bu jurnal “Scopus” beynəlxalq indeksləndirmə bazasında Q2 (Quartile) səviyyəyə və 0,275 impakt faktora malikdir.
Məqalənin xülasəsində qeyd olunur ki, biogen amin –kolaminlə iki valentli platinin ilk dəfə biokoordinasion birləşməsi alınaraq tərkibi Rentgen Quruluş Analizi üsulu ilə öyrənilib. Eyni zamanda alınmış trans quruluşlu kompleksin radioprotektor xassəsinə malik olduğu müəyyənləşdirilib.
