Bizi izləyin:
Heydər Əliyev
ATU-da yerli və xarici tələbələri bir araya toplayan DİM Klubunun açılış mərasimi keçirilib

ATU-da yerli və xarici tələbələri bir araya toplayan DİM Klubunun açılış mərasimi keçirilib

   Azərbaycan Tibb Universitetində (ATU) Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəflərini əsas tutaraq yaradılmış yeni DİM tələbə klubunun fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.

 "Müxtəliflikdə birlik" mövzusuna həsr olunmuş və tələbə, müəllim və inzibati heyətin iştirakı ilə keçirilən tədbirdə universitetin İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent Aygün Babayeva “Gələcəyi gücləndirmək” şüarı ilə qlobal qayanıqlığı dəstəkləyən DİM Klubu barədə ətraflı məlumat verib, təşəbbüslə bağlı geniş hədəfləri bölüşüb.

Üeyd edilib ki, Klub fərdi və kollektiv fəaliyyətlər vasitəsilə iddialı qlobal hədəfləri real yerli nəticələrə çevirməklə, kampusda innovasiyaların yeni standartını müəyyən etməyi hədəfləyir: “DİM-lər nəhəng qlobal səyi ifadə etsə də, bu hərəkat məhz tələbə heyətinin "həvəsi və hərəkətə keçməyə hazır" mövqeyi sayəsində real güc qazanır”.

Daha sonra tədbirdə cəmiyyəti, ətraf mühiti və gələcəyi qorumaq üçün bütün 17 DİM-in bir-biri ilə qarşılıqlı əlaqədə olmasını nəzərdə tutan "Vahid Qalxan" konsepsiyasını əsas götürən maraqlı çıxışlar olub. Tələbələr öz çıxışlarında fundamental insan hüquqları: yoxsulluğun aradan qaldırılması, yaxşı sağlamlıq və rifahın təmin edilməsi, keyfiyyətli təhsil, gender bərabərliyi  və s. kimi müxtəlif məqsədlərin bir-birini necə dəstəklədiyini ətraflı şəkildə izah ediblər.

Tədbirdə DİM Klubunun loqo müsabiqəsi vasitəsilə öz yeni vizual kimliyi nümayiş etdirilib. Münsiflər heyətinin qiymətləndirməsindən sonra Zeynəddin Davud (125i-2b qrup tələbəsi) qalib elan edilib və A.Babayeva qalibə mükafat təqdim edib.

Yaradıcı töhfələrinə görə fərqlənən digər finaçılara  — Aytac İsazadə, Aima Hayat və Leyla Xəlilova isə mükafatları tədris işləri üzrə prorektor professor Anar Ağayev, tərbiyə işləri üzrə prorektor Mahir Səfərov və rektorun məsləhətçisi Zülfüqar Musabəyov tərəfindən təqdim olunub.

Daha sonra tədbir tələbələrin ifasında bədii hissə ilə davam edib.

Paylaş

Dostlarınız ilə paylaşın.