

Azərbaycan Tibb Universiteti ölkəmizdə tibb elminin, tibbi təhsilin və peşəkar səhiyyə kadrlarının yetişdiyi ən mötəbər elm ocaqlarından biridir. Bu müqəddəs peşənin daşıyıcıları olan həkimlərin, alimlərin, müəllimlərin və bütün tibb işçilərinin bilik və zəhməti sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan Tibb Universitetinin bütün professor-müəllim heyətini, əməkdaşlarını, tələbə və məzunlarını səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, elmi və peşə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Azərbaycan Tibb Universiteti – bilikdən şəfaya aparan yolun başlanğıcıdır.
Tibb İşçilərinin Peşə Bayramı Gününüz mübarək!
