

Azərbaycan Tibb Universitetinin Biokimya kafedrasının dosenti Rəna Rəhimova “Frontiers in Medicine” jurnalında dərc edilmiş “Association between the TNF-α-308G/A and TNF-α-238G/A polymorphisms and systemic lupus erythematosus susceptibility: an updated meta-analysis” adlı məqalənin elmi ekspertizasını (peer-review) həyata keçirib.
Jurnalın redaksiyası tərəfindən təqdim olunan rəsmi təsdiq məktubunda onun elmi ekspert kimi peşəkarlığı və rəyçilik prosesinə verdiyi töhfə xüsusi vurğulanıb.
Rəna Rəhimova əvvəllər də nüfuzlu “Cytokine Journal” (Elsevier) jurnalında rəyçi kimi fəaliyyət göstərib və bu xidmətinə görə “Elsevier” nəşriyyatı tərəfindən “Certificate of Reviewing” sertifikatı ilə təltif olunub.
