
.webp)
Azərbaycan Tibb Universitetində (ATU) beynəlxalq akademik əməkdaşlıq çərçivəsində, Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin (Aktobe) doktorantları – Kuanış Kenesoviç Baytenov, Altınay Akbolatovna Jurgenova, Aynəş Erjanovna Axayeva və Gülnaz Jumaqaliqızı Essultanova elmi-tədqiqat təcrübəsi keçiblər.
Proqram çərçivəsində doktorantlar ATU-nun Elmi Araşdırmalar Mərkəzi və Sitologiya, embriologiya və histologiya kafedrasının elmi fəaliyyəti ilə yaxından tanış olub, müxtəlif istiqamətlər üzrə tədqiqat proseslərinə cəlb ediliblər.
Təcrübə müddətində tərəflər arasında elmi mübadilə və birgə elmi-tədqiqat fəaliyyətinin perspektivlərinə dair müzakirələr aparılıb.
