
.jpg)
Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyəti Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı ilə Xüsusi Təyinatlı Qüvvələrin şəhid və qazilərinin ailə üzvləri üçün keçirilən tibbi müayinə aksiyasında iştirak edib.
Aksiya çərçivəsində müxtəlif ixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılıb, pasiyentlərin sağlamlıq vəziyyəti qiymətləndirilib və müvafiq tövsiyələr verilib.
Tədbirin keçirilməsində əsas məqsəd şəhid və qazi ailələrinin sağlamlığının qorunmasına dəstək göstərmək, onların tibbi xidmətlərə çıxış imkanlarını artırmaq və sosial həssas qruplara diqqət və qayğını gücləndirmək olub.
