Heydər Əliyev
ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib

ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib

Azərbaycan Tibb Universitetinin Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının müdiri, dosent Samir Cavadlı “Orhun” mübadilə proqramı çərçivəsində Ege Universitetinin Tibb Fakültəsində akademik fəaliyyət göstərib.
Səfər müddətində S.Cavadlı tərəfindən “Klinik bacarıq” fənni üzrə müasir pedaqoji yanaşmalara əsaslanan dərslər keçirilib. Eyni zamanda, əməkdaşımız qiymətləndirmə və dəyərləndirmə komissiyalarının iclası, Rezidentlərin Simpoziumu, “Ölçmə-dəyərləndirmə üsulları” adlı təlimdə və digər tədbirlərdə iştirak edib.  
Səfər zamanı S.Cavadlı həmçinin “Azerbaycanda tip eğitimi sistemi: mevcut yapi ve gelişim stratejileri” mövzusunda məruzə ilə çıxış edib.

Paylaş

Dostlarınız ilə paylaşın.