İsrailli mütəxəssislər Tibb Universitetində tədris kurrikulumu barədə təqdimatla çıxış etdilər
Səhiyyə sistemindəki inkişafına görə dünyanın ən qabaqcıl ölkələrindən sayılan İsrailin mütəxəssisləri Azərbaycan Tibb Universitetində (ATU) mühazirə deyiblər.
 
Tədbirdə ATU-nun beynəlxalq işlər üzrə prorektoru Rəhimə Qabulova giriş nitqi ilə çıxış edərək İsraildən təşrif buyurmuş qonaqları auditoriyaya təqdim etdi. Qeyd olundu ki, Ben Gurion Universitetinin təmsilçiləri 2 gündür ATU-nun qonağıdırlar. Onlar universitetin tədris binaları, klinikaları, tələbə şəhərciyini gəziblər, ATU nəzdindəki tibbi müəssisələrin fəaliyyəti ilə yaxından tanış olublar.
 
Sonra Ben-Gurion Universitetinin Tibb elmləri fakültəsinin rəhbəri, kardiologiya üzrə professor Amos Katz təmsil etdiyi institut haqqında qısa təqdimatla çıxış etdi.
 
İştirakçıların böyük marağını doğuran prezentasiyada universitet haqqında ümumi məlumatla yanaşı, Ben Gurionun tibb elmləri fakültəsinin fəaliyyəti, burada aparılan Professor Katz həmçinin bizim fakültəsində aparılan strateji planlaşdırma barəsində geniş məlumatlar yer almışdı.
 
Qonaq çıxışının sonunda Ben-Gurion Universitetində mövcud təhsil və tədris sistemi, kurrikulum vəziyyətindən danışdı.
 
 
Daha sonra ATU-nun metodik innovasiya şöbəsinin müdiri Akif Qurbanov Azərbaycanda tibb təhsili verən yeganə universitetin tədris sistemi haqqında geniş mühazirə ilə çıxış etdi. 
 
 
Sonda qonaqlar tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.