Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Bursa şəhərindəki Medicabil xəstəxanası arasında memorandum imzalanıb.
Bu məqsədlə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Rauf Ağayev və tibbi koordinasiya şöbəsinin həkimi Aygün Abdullayeva Türkiyənin Medicabil xəstəxanasında olublar. ATU-nun rektoru professor Gəray Gəraybəylinin göstərişi ilə baş tutan səfər qarşılıqlı əməkdaşlığın inkişafı məqsədi ilə keçirilib. Səfər zamanı nümayəndə heyəti xəstəxananın professorları ilə görüşüb, təmsil etdikləri tibb müəssisəsi barədə geniş məlumat veriblər.
Sonra iki tibb ocağı arasında memorandum imzalanıb, idarəetmə məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Memorandumun əsas məqsədi akademik mübadilə və əməkdaşlığın genişləndirilməsidir. Görüş zamanı tibb sahələrində birgə elmi tədqiqatlar, simpozium və konfransların keçirilməsi, təcrübə mübadiləsi imkanları müzakirə olunub.