Aprelin 15-də ATU-nun Tədris-Terapevtik Klinikasında “Siqaret dumanı olmadan nəfəs alaq” layihəsi çərçivəsində tədbir keçirildi.
"Siqaret dumanı olmadan nəfəs alaq"
Aprelin 15-də ATU-nun Tədris-Terapevtik Klinikasında "Siqaret dumanı olmadan nəfəs alaq" layihəsi çərçivəsində tədbir keçirildi.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov tədbiri açaraq bildirdi ki, müxtəlif fakültə və kurs tələbələri arasında apardığımız sorğunun nəticələri bu layihənin həyata keçirilməsinə zərurət olduğunu ortaya qoydu. Elə bu məqsədlə də siqaret və onun tərkibi, insan orqanizminə zərərləri, siqaretdən asılılığın səbəbləri, hamiləlik və passiv siqaretçəkmə, siqaretdən imtina üsulları haqqında tələbələrimizin maraqlı tədqiqat işləri ilə yaxından tanış olacaqsınız.
Universitetin V kurs tələbəsi Şəhla Mirzəzadə mühazirəsində ilk növbədə "Siqaret nədir?" sualına aydınlıq gətirməyə çalışaraq siqaret istehsal edən şirkətlərin uzun illər siqaretin tərkibini gizli saxladıqlarını, yalnız 1998-ci ildə açıqlamağa məcbur qaldıqlarını söylədi: "Siqaretin tərkibində 4000- ə qədər kimyəvi və xüsusilə zəhərli maddə vardır ki, onların 2000-i insan orqanizminə siqaret çəkilərkən daxil olur.
Tələbələrdən Gülnarə Yusifova, Rizvan Rüstəmov, Süleyman Abbasov, Züleyxa Əliyeva və Nailə Həmidli də tədbir iştirakçılarının diqqətini tutarlı faktlarla zənginləşdirdikləri mühazirələrinə yönəltməyi bacardılar.
Klinikanın direktoru, professor Surxay Musayev, baş həkimi, dosent Cəfər Əhmədov və aparıcı mütəxəssislər tələbələrin mühazirələrini dinləyərək faydalı tövsiyələr verdilər.
Təqdimatdan sonra layihənin təşkilatçılarına Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Turizm Universiteti və Azərbaycan Texniki Universitetində də siqaretlə bağlı mühazirələrin oxunması barədə təkliflər gəldi.