ATU-da 1 həftə davam edən sünnət aksiyası keçirilib. Bu aksiya Help Gold Agency şirkətinin təşəbbüsü və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin göstərişi ilə baş tutub.
Klinikanın rəhbəri professor Surxay Hadıyev bu aksiyanın mütəşəkkil keçirilməsi üçün lazimi tapşırıqları verib. Professor Çingiz Quliyev və onun əməkdaşları tərəfindən xəstələrə ambulator baxış keçirildikdən sonra onlara göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı həyata keçirilib.
Bir həftə davam edən aksiyada ümumilikdə 50 uşaq sünnət edilib. Bu uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurıa başa çatıb,uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən kollektivə - kafedra müdiri prof. Çingiz Quliyevə, Şöbə müdiri dos. Ramiz Poluxova, həkimlər Vüqar Məhəmmədova, GünayHüseynzadəyə, Murad Əlibəyova, Xatirə Rəhimovaya, RaminBayramova, rezidentlər Könül Musayevaya, Həmidə Əliyevaya, Mədinə Bağırovaya, Nigar Babayevaya, Gülnarə Ələsgərliyə və təşkilatçı şirkət Help Gold Agency-yə öz təşəkkür ediblər.