İməciliyə start verildi
Azərbaycan Tibb Universitetində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçrilir.
Tədbirlər planına uyğun olaraq aprelin 13-də könüllü iməciliyə start verilmişdir. Səhər saatlarında 2 və 4 saylı yataqxanaların həyətyanı sahələrində təmizlik-abadlıq işləri aparılmış, ağacların dibi bellənilmiş, qazon səpiləcək ərazilər əkilib-malalanmışdır. Bundan əlavə səki daşları ağardılmış, binaların fasadında və foyesində kiçik miqyaslı təmir işləri görülmüşdür.
İməciliyə universitetin prorektorları, ictimai təşkilatların rəhbərləri, fakültə dekanları, dekan müavinləri, təsərrüfat işçiləri, tələbələr və 4 saylı yataqxanada məskunlaşan məcburi köçkünlər qatılmışlar.
Universitet şəhərciyində iməciliklərin may ayının 10-dək davam etdirilməsi nəzərdə tutulmuşdur.