Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyə universitetlərinin professorlarının iştirakı ilə kəllə şişlərinə dair seminar keçirilib.
Türkiyənin Kocaeli Universitetinin neyrocərrahlıq kafedrasının professoru Kenan Koç "Kəllə şişlərinin endoskopik cərrahiyyəsi" mövzusunda məruzə ilə çıxış edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Müzakirələrdə Türkiyənin Emsey Hospitalın patoloqoanatomu, professor Hayreddin Yekeler də iştirak edib.