ATU-nun Tədris Cərrahiyyə Klinikasında həyata keçirilən cərrahiyyə əməliyyatları uğurla davam edir. Piylənmənin müalicəsində tətbiq olunan konservativ metodlar öz effektivliyini göstərsə də, çox zaman alınan nəticə qısamüddətli olur.
Belə olan halda bariatrik cərrahi müdaxiləyə ehtiyac duyulur.
Artıq çəkidən əziyyət çəkən əməkdar artist Nahidə Orucova da Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəliklər kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb elmləri namizədi Elçin Abdinova müraciət edərək, artıq çəkidən əziyyət çəkdiyini bildirib. Aparılan ətraflı müayinələrdən sonra Nahidə xanımın əməliyyatı (mədə kiciltmə-sleeve gastrectomy) uğurla başa çatıb və artiq əməkdar artist evə buraxılıb.