ATU-nun 4-cü kurs tələbələri nəzəri və praktik olaraq (rasional qida və müalicəvi üsulla 65 kq arıqlayan pasient üzərində) Diyetologiya elminin ilk dərsini keçiblər.
Həkim-diyetoloq Leyla Zülfüqarlı tələbələrə xəstə haqqında məlumat verib:
“Pasientimiz Polimielit keçirməsi ilə əlaqədar olaraq aşağı ətraflarda hərəkət məhdudiyyəti və piylənmənin ən yüksək dərəcəsinə çatıb. Ötən ilin may ayında mənə müraciət edərkən pasientin çəkisi 168 kq, bel çevrəsi isə 170 sm-dən yuxarı idi. Bu gün isə pasientin çəkisi 105 kq, bel çevrəsi isə artıq 108 sm-dir”.
Qeyd edək ki, Polimielit - ətrafların kontrakturası ilə nəticələnən xəstəlik olduğu üçün pasientin az hərəkətlilik rejimində, əzələlərini xüsüsi qidalandıran müalicəvi dietası olub. O, 6.5 aya idmansız, heç bir dərman qəbul etmədən artıq çəkidən azad olub və hazırda 65 kq çəkiyə malikdir.