Mammoloq-radioloq Günel Qəmbərova: "Süd vəzisində olan problemi Mammoqrafiya müayinəsi ilə aşkar edin"
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Mammoqrafiya müayinəsi, erkən müayinənin qadınların həyatına müsbət istiqamətdə təsirləri ilə bağlı” məruzə edildi.
Məruzə ilə klinikamızın aparıcı mütəxəssisi, mammoloq-radioloq Günel Qəmbərova çıxış etdi.
O, mammoqrafiya müayinəsinin süd vəzi xərçəngində ən effektiv metod olduğunu diqqətə çatdırdı və bildirdi ki, belə müzakirələrin aparılması çox vacibdir: “Müxtəlif profilli həkimin belə, bu sahədən məlumatlı olması ilk növbədə özü üçün, daha sonra qəbul etdiyi xəstələrin həyatı üçün önəmlidir. Ona görə də xəstələrə diaqnoz qoymaqda çətinlik çəkməmək üçün yetərincə tibbi biliklərə sahib olmalıyıq. Çünki, məqsədimiz xərçəngə qədər patalogiyanı aşkar edib, zamanında həmin insanlara kömək göstərməkdir. Apardığım elmi işində mövzusu sırf bununla bağlı olduğuna görə, deyə bilərəm ki, bu xəstəlikdən kifayət qədər məlumatlı olmayan qadınlar var”.
Müzakirəyə qatılan klinikanın həkim heyəti maarifəndirmə işlərində səylə çalışacaqlarını qeyd ediblər.
Maraqla keçən diskussiyada G.Qəmbərova ona ünvanlanan çoxsaylı sualları da cavablandırıb.