Türkiyəli kardioloq-aritmoloq Enes Elvin Gül Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qonağı olub.
Kardiologiya şöbəsinin müdiri Fərid Əliyevlə görüşən Enes Elvin Gül ürək-damar mərkəzinin iş fəaliyyəti ilə tanış olub, yaradılan şəraitin müasir standartlara cavab verdiyini və gələcəkdə Azərbaycanda çalışmaq niyyətində olduğunu bildirib.
Enes Elvin Gül 1983-cü ildə Azərbaycanda anadan olub. 2008-ci ildən Türkiyə vətəndaşlığını qəbul edib ve orada kardioloq-aritmaloq kimi fealiyyet gosterir. Azərbaycan, rus, ingilis və alman dillərində səlis danışır, milli nəşrlərdə yayımlanan məqalələrin müəllifidir.