Aprelin 29-da Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun “Tibbi fiziologiyanın əsasları” kitabının təqdimatı keçirilib. Nəşr Səhiyyə Nazirliyi kollegiyasının qərarına əsasən dərslik kimi təsdiq edilib.
Fizioloq, ginekoloq, uşaq həkimi, doktorant, tibb ixtisaslı mütəxəssislər və tibb sahəsi üzrə təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulan nəşrdə kök hüceyrələrinin fiziologiyası və interleykinlər barədə məlumatlar yer alıb.
Bundan əlavə dərslikdə hüceyrə fiziologiyası, dölün, yenidoğulmuşların immun sisitemi və bioloji ritmlərin fiziologiyası haqqında da bəhs olunur.