Mayın 15-i və 16-da Azərbaycan Tibb Universitetinin II Müalicə Profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən 2 fakültə elmi konfransı keçirilib. Elmi konfransın ilk günündə 12 məruzə dinlənilib. Dosent İsrail Məhərrəmbəylinin sədrliyi ilə keçirilən konfransda 4 nəfərdən - dos. Əliyev A., Dos. Əmrahova L., ass. Əsgərova H., ass. Vahabovdan ibarət münsiflər heyəti fəaliyyət göstərib.
I yerə elmi rəhbəri Psixiatriya kafedrasının həkimi İkram Rüstəmov olan, V kurs tələbəsi Ülvi Ələşrəfov “Şizofreniya xəstələrində siqaret istifadəsi ilə depressiv simptomlar arası əlaqənin araşdırılması” işinə görə layiq görülüb.
II yerə iki elmi iş layiq görülüb. Bunlar elmi rəhbəri Şüa diaqnostikası və şüa terapiyası kafedrasının dosenti Mehtiyeva Arzu olan, III kurs tələbəsi Aydan İsgəndərzadə və Soltanxanım Ağazadənin birgə təqdim etdikləri “Yuinq sarkoması ilə şəxsi tanışlıq və diaqnozun qoyulmasında şüa diaqnostikanın rolu” elmi işi ilə və elmi rəhbəri prof. M.X. Əliyev, L.X.Səfərəliyeva olan, III kurs tələbələri İradə Atayeva və Şəbnəm Vəliyevanın təqdim etdikləri “Нарушения липидного обмена в крови и лимфе при сахарном диабете” mövzusundakı elmi işləri ilə layiq görüldülər.
Təşkilatçılıq nöqteyi-nəzərindən yüksək səviyyədə keçirilən konfransın ikinci günündə 3 qalib seçilib.
Qeyd edək ki, birinci yerlərin sahiblərinə Edulandiya kursundan 60%, ikinci yerləri tutanlara 40%, üçüncü yerlərin sahiblərinə 20% endirim kuponu hədiyyə edilib. Bütün elmi iş götürən tələbələr həmin kursdan 10%-lik endirim kuponu, elmi işlərinin dərc olunuğu kitabça və sertifikat ilə təltif olunublar.
Bu il ilk dəfə konfrans ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilib. Həmçinin ilk dəfə bütün işlər elmi konfranslardan öncə yoxlanılıb, istiqamətləndirilib və nəzarət aparılıb. Eyni zamanda, ilk dəfə konfransın işlərini ehtiva edən kitabça çap edilib.