ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən LOR (Qulaq-burun-boğaz) kabineti fəaliyyətə başlayıb. Kabinetin fəaliyyənin daha səmərəli edilməsi üçün artıq audiometriya və timpanometriya olmaqla daha iki müayinə metodları yerinə yetiriləcək. Bunun üçün kabinet “Otometrics” audiometri və timpanometri ilə təchiz olunub.
Audiometriya metodu vasitəsilə eşitmə qabiliyyətinin yoxlanılması həyata keçirilir. Bunun üçün tam səsdən təcrid edilmiş mühitin olması vacibdir. Belə ki, klinikada yerləşdirilən bu cihazın üstünlüyü ondan ibarətdir ki, aparat kamera ilə təchiz olunub, bu da müayinənin daha dəqiq aparılmasına şərait yaradır. Bu metod vasitəsilə 5 yaşdan yuxarı uşaqlar və böyüklərdə eşitmənin yoxlanılması həyata keçirilir.
Timpanometriya orta qulağın funksiyasının obyektiv müayinə metodudur. Orta qulağın sümük sistemi, yevstax borusu, təbil pərdəsi və bu sistemlərin bir-biri ilə əlaqəsini göstərən çox sadə müayinə metoddur və yaşından asılı olmayaraq bütün xəstələrə tətbiq edilir.
Klinikamızda Sizə işinin peşəkarı həkim-otorinolarinqoloq, audioloq Aytən Quliyeva xidmət göstərəcək!