20-21 aprel 2013-cü il tarixində ATU-da Transplantologiya və Anesteziologiya konqresi keçirildi.
Konqresdə 5 ölkədən, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kiprdən 100-dən çox alim və mütəxəssis, 500-ə yaxın iştirakçı olmaqla,  Türkiyənin 15-dən çox Universitetindən, 10-dan çox Tədris xəstəxanalarından mütəxəssislər iştirak edirdilər.
Açılışda ATU-nun rektoru, millət vəkili, akademik Ə. T. Əmiraslanov respublikamızda gedən sürətli iqtisadi inkişafdan, xüsusilə səhiyyə sahəsindəki islahatlardan və bütün bu uğurlara birliyimizin nailiyyətlərindən söz açaraq konqresə uğurlar dilədi.
Sonrakı çıxışlar zamanı Səhiyyə Nazirinin müavini Elsəvər Ağayev Türkiyə respublikasının ölkəmizdəki səlahiyyətli səfiri, İsmayıl Alper Coşqun Türkiyə Səhiyyə Nazirliyinin Tibbi Tədris işləri üzrə müşaviri Kamran Örden və konqresin sədri prof. Meral Kanbak iki dövlət arasındakı tarixi bağlardan və bu bağların səhiyyəmizə verdiyi töhvələrdən danışaraq, konqresin işinə uğurlar arzuladılar. Bu konqres transplantologiyanın çox aktual bir məsələ olduğunu vurğulamış və transplantologiya və anesteziologiya sahəsində belə bir elmi konfransın respublikamızda ilk dəfə keçirilməsini qeyd etmişlər.
Konqresdə böyrək, qaraciyər, ağciyər, ürək və digər orqanların nəqli, anesteziyası barəsində geniş müzakirələr oldu. Universitetimizdən prof. N. Y. Bayramov konqresdə məruzə ilə çıxış etdi.
Konqresin işində prof. Surxay Musayev, prof. Sabir Əliyev, prof. İbrahim İsayev, prof. İsfəndiyar İsmayılov, dos. Rəhimə Qabulova I cərrahi xəstəliklər kafedrasının və digər kafedraların əməkdaşları aktiv iştirak etdilər.