Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında Dağıstan Dövlət Tibb Universitetinin Fakültətiv Terapiya kafedrasının professoru Əli Hüseynov tələbə və rezidentlərə mühazirə oxuyub.
“Bronxial astma və ağciyərin xroniki obstruktiv xəstəlikləri” mövzusunda danışan Ə. Hüseynov xəstəliyin müasir diaqnostikası və müalicə metodları barədə geniş məlumat verib.
O bildirib ki, bütün dünyada bu problem aktualdır və biz mütəmadi olaraq yeni müayinə üsullarının tətbiqi ilə bağlı araşdırmalar aparırıq.
Daha sonra pulmonoloq Əlizamin Sadıqov çıxış edərək “Ağciyərlərin xroniki obstruktiv xəstəliklərinin müasir müalicəsi və metodikası” barədə tələbə və rezidentlərə önəmli bilgilər açıqlayıb.
Qeyd edək ki, Dağıstan Dövlət Tibb Universitetinin tələbələri 2 həftə ərzində ATU-da praktikada olublar.