Stomatologiya üzrə imtahanda yüksək bal toplayan tələbələr təltif olundu

Bu gün Stomatologiya ixtisası üzrə klinik və təcrübi bacarıqların Yekun Dövlət Attestasiya imtahanının son günü idi. Stomatologiya ixtisası üzrə Yekun Dövlət Attestasiya imtahanından ən yüksək bal toplamış tələbələrdən 11 nəfərinə “Armada” şirkəti tərəfindən ayrılmış dəyərli stomatoloji materiallar və alətlər hədiyyə olundu. Hədiyyələr tələbələrə Dövlət Attestasiya Komissiyasının sədri, Tədris Stomatoloji Klinikasının direktoru tərəfindən təqdim edildi. 
İmtahanların nəticələrinə əsasən seçilmiş tələbələrin adlarını və müvafiq olaraq topladıqları balları təqdim edirik.

1. Ağayeva Leyla Nəsib qızı (qr.760a) – 147 bal
2. Həsənzadə Səid Abbasəli oğlu (qr.760b) – 149 bal
3. Əsədova Nərmin Arif qızı (qr.761a) – 150 bal
4. Dejekam Amir Ali (qr.761a) – 148 bal
5. Əsədov Cavanşir Azər oğlu (qr.761b) – 148 bal
6. Hacıyev Zöhrab Fəxrəddin oğlu (qr.770a) – 148 bal 
7. Əhmədli Nəzrin Arzu qızı (qr.770a) – 145 bal 
8. Cabbarova Nigar Fikrət qızı (qr.770b) – 147 bal 
9. Oruczadə Naciyə Abbas qızı (qr.770b) – 144 bal 
10. Babazərov Hüseyn Zəfər oğlu (qr.770b) – 137 bal 
11. Kənani Pegah Yusif (qr.775) – 149 bal