ATU-nun idman klubu I yerə layiq görülüb

ATU-nun bu tədris ilinin son elmi şurasında müxtəlif məsələlərdən söhbət açan rektor G.Gəraybəyli bildirdi ki, respublikamızın 25 ali məktəb tələbələri arasında idmanın 14 növü üzrə yarış keçirilib.

2017- ci ilin Universiadasında Azərbaycan Tibb Universitetinin idman klubu komanda hesabında 370 xal toplayaraq 1-ci yerə layiq görülüb.

Bu qələbənin qazanılmasında idman kulubunun sədri, professor Kamal Kəbirlinskinin əməyini xüsusi qiymətləndirən rektor kubokları idmançı tələbələrə təqdim etdi. Bu yarışlarda komandamızın fəal iştirakı üçün hər cür şəraitin yaradıldığını, maliyyələşdirildiyini söyləyən professor Kamal Kəbirlinski də öz növbəsində Universiadanın Super Kubokunu universitetin rəhbərinə təqdim etdi.