Artıq bir aydan çoxdur ki, hörmətli rektorumuz, millət vəkili, akademik Əhliman Əmiraslanovun təşkilatçıliğı ilə universitet ictimaiyyəti böyük ruh yüksəkliyi ilə bu tədbirlərdə fəallıq göstərirlər. Keçən ay bu münasibətlə tələbələr arasında " Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda inşa yazılmış, idmanın müxtəlif növləri üzrə bir çox yarışlar keçirilmişdir. Bu günlərdə tələbələrimiz 28 ali məktəbin iştirak etdiyi XI Universiadanın çempionu olmuşdur. Sözünə davam edən natiq dedi ki, ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdiqdan sonra iki dəfə universitetimizdə olub. Müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orda Heydər Əliyev imzası olmasın. Ulu öndər siyasi fəaliyyətinin bütün dövrlərində Vətənə, xalqa daim sonsuz məhəbbət hissi nümayiş etdirmişdir.
Bütün ömrünü, həyatını millətinə bağışlayan bu dahi insanın siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz kimi cənab Prezidentimiz də öz diqqət və qayğısını bu ali təhsil ocağından əsirgəməyib. Son illər universitetimizin 3 klinikası fəaliyyət göstərir. Dördüncü Tədris Cərrahiyyə Klinikası isə sentyabr ayında istifadəyə veriləcək. Bu da onu deməyə əsas verir ki, tələbələrimizin bu klinikalarda müasir tələbata uyğun təlim-tədris prosesinin aparılmasına tam şərait yaradılmışdır.
Tələbə mübadiləsi sahəsində uğurlarımız çoxdur. Türkiyə universitetlərində, Almaniyada 100- dən artıq tələbəmiz təhsillərini davam etdirirlər. Universitetimizin beynəlxalq əlaqələri də ürəkaçandır.
Tələbələrin elmi fəaliyyətində TEC- in rolunu yüksək qiymətləndirən S. Əliyev tədqiqatçı tələbələrə uğurlar dilədi.
Konfransın işini davam etdirən elmi işlər üzrə prorektor, ə.e.x. professor İbrahim İsayev reqlamenti elan edərək sözü tədqiqatçı tələbələrə verdi.
Plenar iclasda II müalicə profilaktika fakültəsinin IV kurs tələbəsi Mehriban Hüseynova, pediatriya fakültəsinin V kurs tələbəsi Həbibə Suleymanova, I müalicə profilaktika fakültəsinin IV kurs tələbəsi Vəfa Sadıqova, pediatriya fakültəsinin IV kurs tələbəsi Samirə Balacanova, əczaçılıq fakültəsinin II kurs tələbəsi Sərvinaz Hacıyeva, stomatologiya fakültəsinin IV kurs tələbəsi Ləman Niyazova və tibbi- biologiya və tibbi profilaktika fakültəsinin IV kurs tələbəsi Əmrah Qasımlının məruzələri dinlənilərək konfrans iştirakçıları tərəfindən qiymətləndirildi.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirdi.