Cəlallı Nigar Müşfiq qızı
1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
İbtidai təhsilinə 2000-ci ildə Xətai rayonu 263 saylı orta məktəbdə başlamışdır. Orta məktəbdə oxuduğu müddət ərzində kimya fənni üzrə şəhər və respublika olimpiadalarında iştirak etmiş və yüksək nəticələr əldə etmişdir.
2011-ci ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq 594 balla Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar və konqreslərdə iştirak edib.
Tibb təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülmüşdür. Arzusu təhsilini xaricdə davam etdirərək savadlı bir həkim kimi xalqımıza xidmət göstərmək və gələcəyin savadlı həkimlərini yetişdirməkdir.
Əliyeva Fəridə
1993-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Tibb Universitetinə 630 balla qəbul olub. Təhsil aldığı müddətdə seminar, konfranslarda eləcə də TEC0də aktiv iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Ən böyük məqsədi istədiyi bölümdə ən yaxşı həkimlərdən biri olub, ölkəmizi xaricdə tanıtmaqdır.
Məmmədəliyeva Aytən Tariel qızı
1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Nizami rayonu 70 saylı pilot lisey məktəbinin 1ci sinfinə daxil olan tələbəmiz 11 il müddətində bacarığı və savadı ilə fərqlənərək 2011-ci ildə məktəbi yüksək qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsinə daxil olub. Oxuduğu 6 il müddətində yüksək göstəriciləri ilə fərqlənən tələbəmiz fərqlənmə diplomuna layiq görülmüşdür. Rezidantura imtahanından uğurla keçərək 162 bal toplayan tələbəmiz savadlı və vicdanlı həkim olmağı qarşısına məqsəd qoyub.
Sevizadə Aydan Etibar qızı
1994cü ildə Sumqayıtda ziyalı ailədə anadan olub. 2000ci ildə Sumqayıt şəhəri 30 nömrəli orta məktəbdə 1ci sinfə gedib. 2011ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Məktəb illəri ərzində təlim- tərbiyəsinə, ictimai işlərdə fəaliyyətinə görə dəfələrlə təltifnamələr alıb. 2011ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakultəsinə qəbul olub. Tələbəlik illəri ərzində imtahanların uğurla verib, əlaçı olub. Rezidentura imtahanlarında yüksək bal toplayıb.Arzusu gelecekde savadlı, bacarıqlı həkim kimi xalqına xidmət etməkdir.
Məmmədova Leyla Allahyar qızı
1994-cü il 24 iyunda Salyan şəhərində anadan olub. Salyan şəhər Ramiz Qafarov adına Marışlı kənd orta məktəbini bitirib. 2011-2017-ci illərdə ATU-da təhsil alıb.