30 aprel 1993-cü ildə Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 2010-cu ildə Bakı şəhəri 95 saylı məktəbi əla qiymətlərlə başa vurub. bu illər ərzində kimya üzrə məktəb olimpiadasında 1-ci yerə çıxıb. 2004-cü ildə şah-mat üzrə Sumqayıt şəhər birinciliyi üzrə keçirilmiş yarışda 2-ci yerə, Bakı çempionatında 3-cü yerə layiq görülüb.
2011-ci ildə Azərbaycan Tibb Universitetinə 625 balla daxil olub. 7 may 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin90 illik yubileyinə həsr edilmiş TEC konfransında 1-ci yeri qazanaraq, diplomla təltif edilib.
Tibb Universitetinin 3 il universitetlərarası yarışda qızlar taxtasında şah-mat üzrə təmsil edib, qalib olub.
Universiteti 100 ballıq göstərici üzrə 94,25 ortalama balla birinci olaraq, fərqlənmə diplomu ilə bitirib. Rezidentura ilə bağlı keçirilmiş qəbul imtahanında yüksək nəticə göstərib, 154 bal toplayıb.
Arzusu seçdiyi mamalıq-ginekologiya ixtisası üzrə təkmilləşmiş bir həkim olub, xalqın sağlamlığının keşiyində durmaqdır.