“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi tərəfindən hər il müxtəlif xarici ölkələrdən gələn tələbələrin Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarında təcrübəsi təşkil edilir.
Bu il keçirilən praktika çərçivəsində Türkiyə, Rusiya, Polşa, Çexiya, Kanada, İtaliya və Almaniya kimi müxtəlif ölkələrdən gələn tələbələr Tibb Universitetində olub, geniş təcrübə keçiblər. Təcrübə əsnasında tələbələr Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyevlə görüşüblər. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, cərrahiyyənin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyasının tərkibində təsis edilib.