Hipokrat ve Interxəbər saytı tərəfindən keçirilmiş rəy sorğusuna əsasən səhiyyə sahəsində göstərdiyi uğurlu xidmətlərə görə klinikamızın Rentgendiaqnostika bölməsinin müdiri Aydın Əliyev “Şəfalı Əllər” fəxri adına layiq görülüb.
Aydın Əliyev 1992-ci ildə Bakı şəhəri kimiya-biologiya təmayüllü liseyi bitirərək 15 yaşında Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakultəsinə daxil olub.
1998-ci ildə həmin fakultəni bitirərək həkim-rentgenoloq ixtisasını seçib.
1998-1999-cu illərdə Milli Onkologiya Mərkəzində Akademik Rəhim Rəhimovun rəhbərliyi altında internatura keçib.
2009-cu ildə Almaniyanın Berlin şəhərində şüa diaqnostikası üzrə kurs keçib.
1999-2001-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət dövründə Sumqayıt Hərbi Hospitalında rentgen kabinetinin rəisi vəzifəsində çalışıb.
2001-2003-cü illərdə Sumqayıt 1 saylı Şəhər Polikilinikasında həkim-rentgenoloq kimi çalışıb.
2003-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və Şüa terapiyası kafedrasında assistent vəzifəsində işə qəbul olunub.
2011-ci ildən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Rentgendiaqnostika bölməsinin müdiridir.
Klinika rəhbərliyi adından Aydın Əliyevi təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq!