Noyabrın 4-də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində kyokuşin karate üzrə 150 tələbənin iştirakı ilə Bakı Çempionatı keçirilib.
Çempionatda məşqçi-müəllim, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli hakim, Qələndər Aslanovun rəhbərliyi altında ATU-nun idman klubunun tələbələri də fəal iştirak edib.
İçtirakçı tələbələrdən üç nəfər final mərhələsinə yüksəlib. Finalçılardan Hərbi tibb fakultəsinin V kurs tələbəsi Namiq Seyfəddinli 75 kq çəki dərəcəsində fərqlənərək I yerə çıxıb. Müalicə-prolaktika fakultəsinin tələbəsi Kamran Sadıqov və Hərbi tibb fakultəsinin II kus tələbəsi Fərman Süleymanov final döyüşündə məğlub olaraq II yerə cıxıblar. Cempionatın sonunda qaliblər fəxri fərman və medallarla təltif olunublar.
Qələndər Aslanovun sözlərinə görə, idmançıları qarşıda Respublika Çempionatı gözləyir. Kyokuşin karate idman klubunda yegan idman növüdür ki, qaliblərə dərəcə verilir. Dərəcələrə yalnız normativlərini ödəyən tələbələr layiq görülür.