ATU-nun II mamalıq və ginekologiya kafedrası 1930-cu ildən fəaliyyət göstərir

ATU-nun II Müalicə - Profilaktika fakultəsinin  II Mamalıq və Ginekologiya kafedrası bu günədək  çox böyük, elmi nailiyyətlərlə dolu, uğurlu bir yol keçmişdir. Kafedra qurulan dövrdə professor 1930 il Fedor Nikolayeviç İlyinin rəhbərliyi altında fəaliyyətə başlamışdır,  daha sonra 1960 –cı ildə professor Abdül-Rəhim Nəcəf-Qulu Hüseynov bu vəzifəyə təyin olunmuşdu, 1968-ci ildə prof. A.N.Hüseynov rəhmətə getdi və bu vəzifəyə professor Məhbubə Əbdül Kərim qızı Mahmudbəyova layiq görülür. 1976-cı ildə kafedra müdiri vəzifəsinə, müsabiqə yolu ilə tibb elmlər doktoru, professor N.M.Şəmsədinskaya seçilir, daha sonra qıssa müddət 1994-1998-ci illər dosent K.H.Qasımova  II mamalıq və ginekologiya kafedrasına rəhbərlik edir, lakin 1998-ci il N.M.Şəmsəddinskaya bu vəzifəyə yenidən qaytarılır.  

2003-cü ildən bu günədək ATU-nun II mamalıq və ginekologiya kafedrasına tib.e.d., professor H.F.Bağırova rəhbərlik edir.

Onun rəhbərliyi dövründə kafedrada aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:

1. “Hamilələrin və reproduktiv yaşlı qadınların sağlamlığının  mühafizəsi.”

2. “Qadınların reproduktiv sağlamlığının mühafizəsi və perinatal nəticələrin yaxşılaşdırılması işində müasir yanaşmanın tətbiqi” 

ATU-nun II mamalıq və ginekologiya kafedrasından hər il doğuşa yardım tibbi xidmət göstərmək üçün regionlara ezam olunurlar.

Akademik Heyyət

Hazırda kafedranın  37 nəfər əməkdaşı var. Bunlardan: 1 professor, tibb elmləri doktoru, 1 əməkdar elm xadimi, 7 dosent, 25 tibb üzrə fəlsəfə doktoru,20 assistent,25 tibb üzrə fəlsəfə doktoru, 7 baş laborant, 1 yardımçı heyət, 5 doktorant.

Kafedra müdiri: T.ü.e.d., professor Hicran Firudin qızı Bağırova

Kafedranın ünvanı:  Az.1078 Azərbaycan, Bakı, M.Mirqasımov  1004  məhəllə. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası

Telefon: 012 449 82 90

Faks:

e-mail: [email protected]u