Elşad Mirzəli oğlu Novruzov 1978 – ci ildə Bakı şəhərində anadan olub. 1985-1995 – ci illərdə Bakı şəhəri Xətai rayonu 95 saylı orta məktəbdə oxuyub. 1995 – 2001 – ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə - profilaktika fakultəsində təhsil alıb, 2001 – ci ildə Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasında baş laborant, 2008 – ci ildə Tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adını almışdır.
2010 – cu ildə Dermatovenerologiya kafedrasında assistent, 2013 – cü ildən hal-hazıradək dosent vəzifəsində çalışır. 2014 – cü ildə dosent elmi adını almışdır.
2013 – cü ildə isə doktorluq elmi işinin adı təstiqlənmiş və bu vaxta qədər iş üzərində işləyir. 2010-2017 – ci illərdə Tibb Universiteti Tələbə Həmkarlar ittifaqın Komitəsinin sədri vəzifəsini icra etmişdir.
2015 – ci il Yeni Azərbaycan Partiyası tərəfindən Milli məclisə seçkilərdə namizədliyi irəli sürülmüşdür. 
25 elmi məqalə və bir dərsliyin müəllifidir.
2018 – ci ildə ATU Tədris şöbəsində müdir müavini, 27.03.2019 - cu ildən etibarən I Müalicə - profilaktika fakültəsinin dekanı vezifəsinə təyin olunub