Novruzov Elşad Mirzəli oğlu, 25 iyun 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Xətai rayonu 95 saylı orta məktəbə daxil olmuş, 1995-ci ildə bitirmişdir. Həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I Müalicə-profilaktika fakultəsinə qəbul olmuş və 2001-ci ildə bitirmişdir. 2001-2010-cu illərdə dermatolovenerologiya kafedrasında baş laborant, 2010-2013-cü illərdə assistent vəzifəsində çalışmış, 2013-cü ildən hazırki dövrə qədər dosent vəzifəsində fəaliyyət göstərir. 2008-ci ildə “Kişilərin urogenital yolunun iltihabi xəstəliklərinin inkişafında anaerob mikrofloranın rolu” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsi və diplomu almışdır. 2013-cü ildə “Dəri və selikli qişaların kandidozlarının törədicilərinin etioloji strukturunun vəziyyəti, onların diaqnostikası, müalicəsinə yanaşmanın qiymətləndirilməsi və profilaktikasının sosial-epidemioloji əsasları” doktorluq dissertasiyası işinin mövzusu təsdiqlənmiş və hazırda elmi iş üzərində işləyir. 2015-ci ildə dosent elmi adı diplomunu almışdır. 2010-2017-ci illərdə ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2015-ci ildə YAP tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüşdür. 2018-ci il ATU Tədris şöbəsinin müdir müavini, 2019-cu ildən hal-hazıradək I Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsində çalışır.
Dərc olunmuş 40 elmi işin, 1 tədris proqramının və 3 dərsliyin həmmüəllifidir.