Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Departamentinin Startap və konfrans şöbəsi ilə Tələbə Elmi Cəmiyyəti (TEC) startap mövzusunda növbəti birgə seminar təşkil edib.
Terapevtik stomatologiya kafedrasının dosenti Esmira Abbasova çıxış edərək, vurğulayıb ki, belə seminarların təşkilində əsas məqsəd bu sahəyə marağı olan, bu istiqamətdə yeniliklər etmək istəyən tələbələri həvəsləndirmək və yol göstərməkdir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti Sənayenin təşkili və idarə olunması kafedrasının müəllimi, TEC sədri Günel İmamquliyeva tərəfindən təqdim olunan “Biznes kanvasının modelində müştəri kəşfi” adlı mühazirə iştirakçılar tərəfindən maraqla dinlənilib.
Təlimin sədr müavini, Startap və konfrans şöbəsinin koordinatoru, Terapevtik stomatologiya kafedrasının dosenti Ayət Cəfərova şöbənin fəaliyyəti və keçirilən təlimlərin əhəmiyyətindən danışıb. O, qoyulan mövzular istiqamətində tədris olunan bilik və bacarıqların karyera inkişafındakı rolunu vurğulayıb.
Qeyd edək ki, mühazirə ATU-nun əməkdaşları və Stomatologiya fakültəsinin tələbələri üçün təşkil olunub.