Novruzova Gültəkin Əliabbas qızı 20 fevral 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, Azərbaycan Tibb İnstitutunun (Universitetinə) Pediatriya fakultəsinə qəbul olmuşdur. 1996-cı ildə ali təhsilimi başa vurub, 1996-1997-ci illərdə K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda internatura keçmişdir. 1997-ci ildən həmin institutun pulmonologiya şöbəsində müalicə işi ilə məşğul olmuşdur.
2005-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinin Uşaq xəstəlikləri kafedrasında stajçı-assistent, 2006-cı il dekabr ayının 19-dan etibarən isə assistent vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti ilə yanaşı kafedra iclaslarında, ölkədaxili və ölkəxarici elmi-metodik seminarlarda, elmi konfranslarda, təlim kurslarında iştirak etmişdir. Müəllimlik fəaliyyəti ilə yanaşı elmə də maraq göstərmişdir. “Süni mayalanma ilə doğulan yenidoğulmuşların tənəffüs sisteminin adaptasiyasının və xəstəliklərinin xüsusiyyətləri” mövzusunda dissertasiya işini bitirib, 2022-ci ildə pediatriya ixtisası üzrə tibb elmləri fəlsəfə doktoru elmi dərəcəsi almışdır.