Mahir İsa oğlu Quliyev
1965 -ci ildə Gəncə şəhərində anadan olub. 1972-1982-ci illərdə Tovuz rayonunun indiki Qovlar şəhərində orta məktəbdə oxuyub. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetin biologiya fakültəsində oxuyub. 1993-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Genetika və seleksiya institutunda aspirant olub. 1999-2000-ci illərdə həmin institutda elmi işçi olmuş. 1999-cu ildən Biologiya üzrə fəlsəfə doktorudur. 2000-ci idən hal-hazıra kimi Azərbaycan Tibb Universitetinin “Histologiya, embriologiya və sitologiya” kafedrasında assistent, sonra baş müəllim vəzifəsində işləyir. 2014-cü ildən II Müalicə profilaktika fakültəsində akademik məsləhətçi, 2017-ci ilin oktyabr ayından isə I Müalicə profilaktika fakültəsində dekan müavini vəzifəsində işləyir.
Windos, Excel proqramlarında işləyə bilir.
Rus dilini orta bilir.
Evlidir iki övladı var.
Aytəkin Tahir qızı Həsənova
Həsənova Aytəkin Tahir qızı 1999-cu ildə universitetin bakalavr pilləsini, 2008-cı ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2009-cu ildən Tibbi biologiya və genetika kafedrasında saat hesabı ilə, 2012-ci ildən tam ştat assistent vəzifəsində çalışmışdır. 2017 -ci ildən etibarən baş müəllim vəzifəsinə təyin olunmuşdur. Kafedranın elmi işlər üzrə məsul şəxsidir.
2013-cü ildən I müalicə-profilaktika fakultəsində akademik məsləhətçi və Fakultə Elmi Şurasının katibi vəzifəsində çalışmışdır. Eyni zamanda fakultə tələbə elmi cəmiyyətinin işinə rəhbərlik etmişdir. 2017-ci ilin yanvar ayından I müalicə-profilaktika fakultəsinin IV-VI kurslar üzrə dekan müavini, 2017-ci ilin noyabr ayndan Fakultə Elmi Şurasının Sədr müavini vəzifəsinə seçilmişdir.
Ümumilikdə Azərbaycanda və xaricdə 40 elmi məqaləsi və tezisi çap olunub. Onlardan 27 elmi iş son beş ilə aiddir. 1 monoqrafiya, 1 metodik vəsait, 2 dərs vəsaiti müəllifidir( azərbaycan və ingilis dilində).
2015-ci ildə b.ü.f.d. namizədlik dissertasiyası müdafiə etmişdir. 2016-cı ildə Türkiyənin İzmir şəhərində EGE universitetinin tibb fakultəsində uşaq xəstəxanası molekulyar tibb laboratoriyasının müdiri və Azərbaycanda AFGEN Genetik Diaqnoz Mərkəzinin rəhbəri, EGE Universitetinin professoru t.ü.e.d. Hüseynov Afiq Bərdəlinin rəhbərliyi altında molekulyar genetika və Manisa şəhərində Celal Bayar universitetinin tibb fakultəsində sitogenetik tibb laboratoriyasında professor Sırrı Camın rəhbərliyi ilə sitogenetika üzrə nəzəri və praktik ixtisas artırma kursu keçmişdir. 2017-ci ilin may ayında "İnsan genetikası" ixtisası üzrə b.ü.e.d. elmi dərəcəsinə iddia olunan doktorluq dissertasiya işi təsdiqlənmışdır.
Universitetimizin 4 fakultəsində və hazırlıq şöbəsində azərbaycan və ingilis dillərində dərslər aparır.
Natiq Tapdıq oğlu Bayramov
Natiq Tapdıq oğlu Bayramov 1968 – ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1985 –1992 cı illərdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakultəsində təhsil almış, 1992 - ci ildən etibarən Universitetin Ümumi və toksikoloji kimya kafedrasında baş laborant, 1997 – ci ildən isə Latın dili kafedrasında müəllim vəzifəsində calışır. 2 dərs vəsaiti, 6 metodik vəsait, 16 elmi məqalənin müəllifidir.
11 noyabr 2017 – ci il tarixindən əczaçılıq fakultəsinin dekan müavini vəzifəsinə təyin edilib.
2018 - ci ildən etibarən müalicə-profilaktika fakultəsində dekan müavini vəzifəsində çalışır.