Mikayılova Nigar Xizri qızı 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1990-2001-ci illərdə 20 nömrəli məktəbdə təhsil almışdır.

2001-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirmişdir.

2005-ci ildə Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasına laborant, 2008-ci ildə həmin kafedrada baş laborant 2018-ci ildən Bioloji kimya kafedrasında asisstent, 2023-cü ildən isə baş müəllim vəzifəsinə təyin olunmuşdur.

2006-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin magistr pilləsini bitirmişdir. 2012-2016-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Botanika

İnstitutunun dissertantı olmuşam “BILACUNARIA MICROCARPA (BIEB.) M.PIMEN ET V.TICHOMIROV VƏ SESELI CAMPESTRE BESS. (APIACEAE) NÖVLƏRİNİN

KUMARİN TÖRƏMƏLƏRİNİN ÖYRƏNİLMƏSİ” mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri üzrə fəlsəfə doktoru elmi adını almışdır.

2019-cu ildən Azərbaycan Tibb universitetinin I Müalicə-profilaktika fakültəsinə akademik məsləhətçi həmin ildən hal-hazıradək I Müalicə-profilaktika fakültəsində dekan müavini vəzifəsində çalışır.

Kafedrada işlədiyi müddətdə 4 məqalə və 1 tezisi çap olunub, bir sıra yerli və beynəlxalq konfransların iştirakçısı olmuş, o cümlədən təşəkkürnamələrə və sertifikatlara layiq görülmüşdür.