Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının

 2024-2030-cu illər üçün inkişaf strategiyası

 

1 – Kafedranın fəaliyyəti

2 – 2024-2030-cu illər üzrə prioritetlərimiz

3 – tələbələrin ekoloji biliklərinin təkmilləşdirilməsi

        Kafedranın fəaliyyəti:

      Qidalanma və tibbi ekologiya kafedrasında İctimai Səhiyyə və Müalicə profilaktika  fakültələrinin tələbələrinə əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyan ətraf mühit obyektləri və amillərinin insan sağlamlığına təsir xüsusiyyətlərindən və qidalanmanın insan orqanizminin formalaşmasında və inkişafında əhəmiyyətindən bəhs edən fənlər tədris olunur.    

      Kafedrada İctimai Səhiyyə fakultəsinin profilinə uyğun olaraq ətraf mühit amillərinin xüsusiyyətləri haqqında tələbələrə nəzəri biliklər mühazirələrdə, təcrübi biliklər isə praktik məşğələlərdə, əyani təcrübələrdə (suyun orqanoleptik, kimyəvi, sanitar-bakterioloji müayinəsi, havanın fiziki göstəriciləri, kimyəvi tərkibi, ərzaq məhsullarının müayinəsi)  izah olunur. Kafedrada İctimai Səhiyyə fakültəsinin bütün kurslarında tədris olunan-“Gigiyena və ictimai ekologiya”, “Ətraf mühitin sağlamlığı 1-2”, “Yaşayış məskənlərinin tikintisi və istismarı gigiyenası”, “Sanitariya kimyası”, “Radiasiya”, “Komunal gigiyena sahəsində dövlət sanitariya nəzarəti”, Səhiyyə Menecmenti  ixtisası üzrə Magistratura pilləsinin 1-ci kurs “Ekoloji sağlamlığa giriş” fənləri məhz ətraf mühit amillərindən, onların təsir xüsusiyyətlərindən bəhs edir.

      Qida vasitəsilə orqanizmlə xarici mühit arasında əlaqə yaranır, həmçinin orqanizm daxilində gedən mühüm həyati proseslər qidalanma ilə sıx bağlıdır. İstər xəstəliklər zamanı, istərsə də sağlam insanlar üçün qidalanma mühüm əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, müalicə həkimləri geniş əhali kütləsi arasında profilaktik tədbirlərin əsas təbliğatçısı və maarifləndiricisidirlər. Son illər bir sıra xəstəliklər həzm sistemi xəstəlikləri, ateroskleroz, hipertoniya, bəd xassəli şişlər ümumən QİX (Qeyri İnfeksion Xəstəliklər) geniş əhali kütləsini əhatə edir. Bu xəstəliklərin profilaktikası məqsədilə qidalanmanın düzgün təşkil olunması, səmərəli-sağlam qidalanma və sağlam həyat tərzinin yaradılması müalicə həkimlərindən əhatəli bilik və peşə bacarıqlarından düzgün istifadəni tələb edir.

      Digər fənlər əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyan qidalanma  ilə əlaqəli olan “Qidalanmanın fizioloji gigiyenik əsasları”, “Dietologiya”, “Profilaktik qidalanma”, “Ərzaq məhsullarının təhlükəsizliyi və istehsalı gigiyenası”, “Qidalanmanın əsasları” və “Ərzaq məhsullarının ekspertizası” isə insan sağlamlığında həlledici rola malik olan qidalanma və onun təsir xüsusiyyətlərindən bəhs edir.

      Kafedrada müvafiq olaraq  İctimai Səhiyyə fakültəsinin Fizioterapiya və tibbi reablitasiya, Tibb bacısı işi ixtisasları III kurs – “Nutrisiologiya”,   İctimai səhiyyə II kurs – “Qidalanmanın əsasları”, III kurs “Yeyinti məhsullarının ekspertizası”, IV kurs “Yeyinti məhsullarının təhlükəsizliyi”, “Profilaktik qidalanma və dietologiya”, Tibbi- profilaktika V kurs  “Ərzaq məhsullarının təhlükəsizliyi və istehsalı gigiyenası”, “Dietologiya”, VI kurs “Qidalanma gigiyenası sahəsində dövlət sanitariya nəzarəti” və I-II-ci  MPF  fakültəsi II kurs  “Qidalanmanın əsasları” fənləri tədris olunur.

      Hazırda respublikamızda əsas prioritetlər qlobal ekoloji problemlərlə əlaqəli  İqlim dəyişiklikləri, ekoloji tarazlığın pozulması  və əhali sağlamlığına təsirləri ilə mübarizə istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

      Ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində prioritetlərdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" adlanır. Sənəddə təbii ehtiyatlardan, təmiz və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, tullantıların təkrar emalı və ekoloji təmiz texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi məhz bu qlobal problemə diqqətin artırılmasından irəli gəlmişdir. Sərəncama əsasən Respublikada ekoloji problemlər, iqlim dəyişiklikləri və onun təsirləri ilə mübarizə istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlərlə yanaşı əhalinin maarifləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Əhalinin sağlamlığının qorunmasında və gələcək nəslin sağlamlığına mənfi təsir edə biləcək amillərin qarşısının alınmasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən  tədbirlər heç şübhəsiz, dövlətin ölkə əhalisinə və gələcək nəslin sağlamlığına göstərdiyi diqqətin və qayğının təzahürüdür.

      İqlim dəyişikliklərinə və ekoloji problemlərə həsr olunmuş mühüm beynəlxalq tədbirin, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29-un 2024-cü il noyabr ayında Bakıda keçirilməsi sözügedən istiqamətdə ardıcıl dövlət siyasətinin nümunəsi kimi dəyərləndirilə bilər.

     Ətraf mühit amillərinin, iqlim dəyişmələrinin və ekoloji tarazlığın pozulmasının  insan orqanizminə mənfi təsirləri gündən-günə artır.

      Qidalanma və tibbi ekologiya kafedrasının proqramlarında əsasən  ətraf mühit obyektləri: hava, su, torpaq və qida məhsullarının fiziki, kimyəvi və bioloji göstəriciləri, ətraf mühit amillərinin insan sağlamlığına təsir xüsusiyyətləri, “Risk” amilləri, risk qrupları  anlayışı müvafiq fənlərdə   tələbələrə tədris olunur.

     Tədris proqramlarında Ətraf mühit haqqında anlayış. İctimai ekologiya elmi, məzmunu və vəzifələri. Əhali sağlamlığının qorunması və möhkəmləndirilməsində ictimai ekologiyanın aparıcı rolu. Ekoloji amillərin təsiri ilə insanın sağlamlığı  arasında asılılığın qiymətləndirilməsində ekoloji biliklərin  əhəmiyyəti barədə mövzulara xüsusi yer verilib.

      Hava, iqlim, mikroiqlim haqqında anlayış, onların sağlamlığa təsiri. İqliməuyğunlaşma, onun əhəmiyyəti, pozulmalar zamanı profilaktik tədbirlər. İqliməuyğunlaşma sosial-bioloji proses kimi iqlimdəyişikliklərinin  iqliməuyğunlaşma prosesində yaş və sağlamlıq göstəriciləri ilə əlaqəli təsirlərinin qiymətləndirilməsi. İqliməuyğunlaşmanın pozulması şəraitində baş verən qeyri infeksion xəstəliklər onların kəskinləşməsi  hallarının müəyyənləşdirilməsi. İqlim dəyişiklikləri ilə əlaqəli mövsümi və metiotrop xəstəliklər haqqında anlayış.

       İqlimlərin təsnifatı və gigiyenik cəhətdən səciyyələndirilməsi. Azərbaycanın əsas iqlim zonaları. Hava şəraitinin orqanizmə təsirilə əlaqədar baş verən xəstəliklərin qarşısının alınmasında fəal profilaktik tədbirlərin əhəmiyyəti. Yüksək və alçaq atmosfer təzyiqinin orqanizmə təsir xüsusiyyətləri.

       Atmosfer havasının kimyəvi tərkibi. Onun fizioloji-gigiyenik cəhətdən qiymətləndirilməsi. Qapalı yerlərin və atmosfer havasının antropogen çirklənməsi. Karbon qazı havanın çirklənməsinin sanitariya göstərici kimi. Yaşayış və ictimai binaların havasının çirklənməsində məişətdə istifadə edilən yanacaq və polimer materialların rolu.  Havanın mexaniki qarışıqlarla çirklənmə səviyyəsi. Havanı çirkləndirən mənbələr, xüsusən avtonəqliyyat tullantıları və onların tərkibində ağır metalların ətrah mühitə təsir xüsusiyyətləri.

    Azərbaycanın sənaye şəhərlərinin (Bakı, Gəncə, Sumqayıt və s.) atmosfer havasının çirklənməsinin ekoloji tarazlığın pozulmasında rolu və gigiyenik cəhətdən qiymətləndirilməsi. Havanın zərərli qarışıqlarının  orqanizmə təsir xüsusiyyətləri. Əhali arasında qeyri-infeksion xəstəliklərin (tənəffüs orqanları xəstəlikləri, allergiyalar, bəd xassəli şişlər və s.) yayılmasında atmosfer çirklənmə səviyyəsinin əhəmiyyəti. Toksik dumanlar zamanı kəskin zəhərlənmələr, xroniki xəstəliklərin ağırlaşmaları, sağlamlıq göstəricilərinin pozulması.   

      İlin müxtəlif fəsillərində atmosfer havasının çirklənmə səviyyəsinin qiymətləndirilməsi, əhali sağlamlığının qorunması və qeyri infeksion xəstəliklərin qarşısının alınması istiqamətində  profilaktik tədbirlər planının tərtibi: qanunverici, texnoloji, sanitariya-texniki, planlaşdırıcı və s.

      Suyun fizioloji, gigiyenik və epidemioloji əhəmiyyəti, əhalinin sağlamlığının formalaşmasında onun rolu. Suyun keyfiyyətinə və tərkibinə təsir edən əsas amillər və onların səciyyələndirilməsi. Təbiətdə suyun dövranı və bu prosesə təsir edən amillər. Suyun mineral tərkibinin əhali sağlamlığına və xəstələnmə səviyyəsinə təsiri. Su ilə yayılan yoluxucu xəstəliklər, onların profilaktikası. Suyun keyfiyyətinə dair norma və standartlar.

      Torpaq xarici mühit obyekti kimi. Torpağın fiziki-mexaniki göstəriciləri, kimyəvi tərkibi, onun insan sağlamlığına təsiri. Torpağın formalaşmasında ətraf mühitin təsiri. Biogeokimyəvi əyalətlər haqqında anlayış. Endemik xəstəliklər yaranma səbəbləri. Torpaq əmələ gətirən amillər haqqında anlayış. Torpağın müxtəlif mənbələrdən çirklənməsinin öz-özünə təmizlənməsi  prosesinin intensivliyinə və başa çatmasına   təsiri. 

      Urbanizasiya haqqında anlayış. Urbanizasiyanın əhalinin yaşayış şəraiti və sağlamlıq vəziyyətinə mənfi və müsbət təsiri. Yaşayış yerlərinin planlaşdırılmasının və abadlaşdırılmasının prinsipləri, əhalinin yaşayış şəraitinə və sağlamlığına təsiri.  Tikinti layihələrinin qiymətləndirilməsi. Yaşayış yerlərinin təmizlənməsinin gigiyenik və epidemioloji əsasları.

      İnsan orqanizminin sağlamlığının və inkişafının formalaşmasında qidalanmanın əhəmiyyəti  və sosial mahiyyəti. Əhalinin müxtəlif yaş və peşə qrupları üçün qidalanmanın fizioloji normaları. Səmərəli qidalanmanı səciyyələndirən ümumi prinsiplər. Qeyri-səmərəli qidalanma və bununla əlaqədar xəstəliklər. Azərbaycanda alimentar xəstəliklərin endemik ocaqları, profilaktikası.

    Qida əlavələri, onların orqanizmə təsir xüsusiyyətləri. Müxtəlif etiologiyalı qida zəhərlənmələri, onların profilaktikasının ümumi prinsipləri. Elmi-texniki tərəqqinin əhalinin qidalanmasına təsiri. Qidalanma gigiyenasının aktual problemləri. Yeyinti məhsullarının ekspertizası, keyfiyyətini səciyyələndirən əsas göstəricilər və onların qiymətləndirilməsi üsulları.

   

  1. 2024-2030-cu illər üzrə prioritetlərimiz

 

      Ətraf mühit amillərinin əhali sağlamlığına təsiri,  risk amilləri və risk qrupları, onlar arasında əlaqələrin müəyyən edilməsi məqsədilə tədqiqatların  aparılması.

      Ətraf mühit amillərinin əhali sağlamlığına təsirini erkən aşkarlamağa imkan verən  müxtəlif müayinə üsullarının işlənib hazırlanması və tədbiqi.

      Əhali arasında ekoloji tarazlığın pozulması ilə əlaqəli xəstəliklərin   araşdırılması və qarşısının alınması istiqamətində profilaktik tədbirlərin işlənib hazırlaması.

      İlin bütün fəsillərində, müxtəlif ərazilərdə hava mühitinin çirklənmə səviyyəsinin  qiymətləndirilməsinin  həyata keçirilməsi. Atmosferin yerə yaxın qatlarının  fiziki, kimyəvi və bakterioloji göstəricilərinin müayinələrinin aparılması. İnsanların istehsalat fəaliyyətinin atmosfer havasının fiziki, kimyəvi və bioloji göstəricilərinə təsirinin müxtəlif fəsillərdə və müxtəlif ərazilərdə qiymətləndirilməsi.

      Atmosfer havasının kimyəvi tərkibinə təsir edən avtonəqliyyat tullantılarının tərkibində bir sıra ağır metalların kəmiyyət və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi.  Karbon qazının  qapalı yerlərin  havasının antropogen çirklənməsinin sanitariya göstərici kimi yol verilən icazə həddi ilə müqayisəli təhlili. Yaşayış və ictimai binaların havasının çirklənməsində məişətdə istifadə edilən yanacaq və polimer materialların təsirinin müəyyən olunması və aradan qaldırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi istiqamətində tədbirlər planının hazırlanması.

     Suyun kimyəvi tərkibi, suda xloridlər, sulfatlar və nitratların insan orqanizminə təsiri. Suyun mikroelement tərkibinin dəyişməsilə əlaqədar yaranan xəstəliklərin araşdırılması. Müxtəlif ərazilərin suyunda flüor, yod, stronsium, molibden və s. mikroelementlərin miqdarının müəyyənləşdirilməsi. Endemik xəstəliklərin artım riskininin nəzarətdə saxlanması istiqamətində tədbirlərin həyata keçirilməsi. 

      İnsanın təsərrüfat-məişət və istehsalat fəaliyyətinin nəticəsində təbii suların keyfiyyətinə (xassələrinə) təsirin müxtəlif müayinələrlə öyrənilməsi.  

    Torpağın kimyəvi tərkibi və onun əhalinin sağlamlığına təsiri.  Avtonəqliyyat tullantıları ilə torpağın çirklənmə səviyyəsinin qiymətləndirilməsi. Torpağın sanitariya vəziyyətini xarakterizə edən göstəricilərin araşdırılması. Toksik və radioaktiv maddələrin qida zənciri ilə biosferadən insan orqanizminə keçməsində torpağın rolu. Torpağın bakterioloji göstəriciləri, yoluxucu xəstəliklərin və qurd invaziyalarının keçiricisi kimi torpağın rolu.  

  1. Tələbələr tərəfindən mənimsənilməsi zəruri olan əməli vərdişlər

      Ətraf mühit amillərinin fiziki, kimyəvi, sanitar-bakterioloji xüsusiyyətlərinin qiymətləndirməsi üçün tətbiq olunan müayinə üsulları. Mikroiqlim göstəricilərinin   təyini üsulları və alınan nəticələrin qiymətləndirilməsi. Günəş şüalarının intensivliyinin təyini üsulları, alınan nəticələrin qiymətləndirilməsi. Mənzillərin, ictimai və istehsalat binalarının işıqlanması və ventilyasiyasının  müayinəsi və alınan nəticələrin qiymətləndirilməsi.

      Atmosfer havasının zərərli qazlar, tozlar və mikroorqanizmlərlə çirklənməsi göstəricilərinin təyini üsulları, alınan nəticələrin qiymətləndirilməsi. 

     Laboratoriya müayinəsi üçün müxtəlif mənbələrdən su nümunələrinin götürülməsi qaydaları. Suyun fiziki, kimyəvi və bakterioloji müayinə üsulları.

      Torpağın fiziki xassələri və mexaniki quruluşunun təyin edilməsi,Torpağın helmintoloji müayinəsi və onun epidemioloji cəhətdən qiymətləndirilməsi. Yaşayış məhəllələrinin sanitariya təsviri üsulu ilə müayinəsi və rəyin tərtibi.

      İstehsalatın fiziki amillərinin ölçülməsi və gigiyenik qiymətləndirilməsi:

a)istehsalat müəssisələrinin mikroiqlim göstəricilərinin müayinəsi və alınan nəticələrin qiymətləndirilməsi,

b) istehsalat səs-küy və vibrasiyasının ölçülməsi və alınan nəticələrin qiymətləndirilməsi,

b) istehsalatda elektromaqnit dalğalarının ölçülməsi və qiymətləndirilməsi.

       İstehsalat zəhərlərinin orqanizmə təsir xüsusiyyətlərinin öyrənilməsi texnikasının mənimsənilməsi. İstehsalat zəhərlərinin toksikoloji göstəricilərinin təyin edilməsi və gigiyenik qiymətləndirilməsi. Toksikologiyada tətbiq edilən hesablama üsullarından istifadə edilməsi və bu üsullar vasitəsilə istehsalat zəhərlərinin toksiklik və təhlükəlilik dərəcəsinin təyini.

      Qidalanmanın səmərəliliyinin və ayrı-ayrı ərzaq məhsullarının keyfiyyətinin ekspertizası və qiymətləndirilməsi üsulları.

     Yaşayış yerlərinin sanitariya təmizlənməsinin gigiyenik-epidemioloji əhəmiyyəti. Tullantıların uzaqlaşdırılması və zərərsizləşdirilməsi üsulları və sistemlərinin gigiyenik səciyyələndirilməsi.

     Uşaqların əsas fiziki inkişafının antropometrik  göstəriciləri, onların təyini və qiymətləndirilməsi üsulları. Paltar və ayaqqabı materiallarının fiziki və kimyəvi xassələrinin   təyini üsullarının tələbələrə aşılanması.