Noyabrın 29-da Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib. ATU-nun İnzibati və təsərrüfat işləri üzrə prorektorluğun 2018-2022-ci illərdə gördüyü işlərlə bağlı hesabat məruzəsi dinlənilib. Iclasda yataqxanaların təmiri və ən yüksək səviyyədə təchiz olunması haqqında danışılıb. Həmçinin ATU-nun bir sıra laboratoriyaların təmiri və ən yeni avadanlığla təmin olunması vurğulanıb. Bir sıra müxtəlif məsələləri də müzakirə edən Böyük Elmi Şura, Naxçıvan Dövlət Universiteti rezidentlərinin Azərbaycan Tibb Universitetində ödənişsiz əsaslarla rotasiya keçməsinə də münasibət bildirib.
Link: https://amu.edu.az/news/3274/atu-da-boyuk-elmi-suranin-novbeti-iclasi-kecirilib