Oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib. Tədbirdə “Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ilinin yekunları və 2022/2023-cü tədris ilində universitet kollektivi qarşısında duran vəzifələr” barədə məruzəsi dinlənilib. Qeyd olunub ki, əməkdaşların, həmçinin aztəminatlı tələbələrin maddi vəziyyəti hər zaman universitet rəhbərliyinin diqqət mərkəzindədi, onlara lazımı dəstək göstərilir. Iclasda xarici ölkələrdən universitetimizdə təhsil almaq üçün müraciət edən tələbələrin sayının ildən-ilə artdığı vurğulanıb. Həmçinin ATU-nun Apellyasiya Komissiyasının fəaliyyəti müzakirə olunub.
Link: https://amu.edu.az/news/3206/boyuk-elmi-suranin-yeni-tedris-ilinde-ilk-iclasi-kecirilib