Böyük Elmi Şurada əsas diqqət beynəlxalq əlaqələrin gücləndirilməsinə və tədrisin dünya səviyyəsinə uyğun qurulmasına ayrılıb. Qeyd olunub ki, ATU-da 49 ölkədən 2801 əcnəbi tələbə və rezident təhsil alır. Vurğulanıb ki, ATU ölkəmizdə təhsil alan əcnəbi vətəndaşların sayına görə birinci yerdədir. ATU-nun üç tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi məqsədilə Qazaxıstanda yerləşən Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliklə (Independent Agency For Accreditation and Ratıng - IAAR) müqavilə imzalanması haqqında danışılıb. Rector beynəlxalq əlaqələrin genişləndirilməsini prioritet məsələ olduğunu vurğulayıb.
Link: https://amu.edu.az/news/2942/atu-da-49-olkeden-2801-ecnebi-telebe-ve-rezident-tehsil-alir