ATU-da tədris prosesinin yeni səviyyəyə qaldırılması Böyük Elmi Şuranın iclasında müzakirə olunub. “Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində vəzifələri” barədə hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsində cari tədris ilinin payız semestrinin imtahan sessiyasının ayrı-ayrı fakültə və kurslar üzrə nəticələri də öz əksini tapıb. Iclasda qeyd olunub ki, universitetimizdə xarici tələbələrin sayının artırılması məqsədilə müvafiq dekanlıq dünyanın müxtəlif ölkələri və unversitetləri ilə əlaqələri genişləndirir.
Link: https://amu.edu.az/news/2902/muellimin-vezifesi-sorusmaq-incitmek-sixmaq-deyil-oyretmekdir