Fevralın 1-də Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının növbəti iclası keçirilib. Iclasda “Azərbaycan Tibb Universitetində 2021-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabat dinlənilib. Qeyd olunub ki, universitetimiz bu hesabat ilində ilk dəfə olaraq SCİmago beynəlxalq reytinq qrupuna daxil edilib və dünyanın 7533 universiteti arasında 899-cu yerdədir. Həmçinin Əsaslı Kitabxananın fəaliyyəti müzakirə olunub. Iclasda vurğulanıb ki, universitetimizin alimlərinin inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinə dəvət olunması və belə ölkələrdə keçirilən konfrans və simpoziumlarda iştirakı mühüm əhəmiyyət kəsb edir.
Link: https://amu.edu.az/news/2859/bezi-saheler-uzre-gelecekde-kadr-catismazligi-yarana-biler