Fevralın 8-də Azərbaycan Tibb Universitetində Böyük Elmi Şuranın növbəti iclası keçirilib. “Azərbaycan Tibb Universitetində 2023-cü ildə yerinə yetirilən elmi-tədqiqat işləri və qarşıda duran vəzifələr” barədə hesabat dinlənilib. Qeyd olunub ki, mütəxəsislərin hazırlanmasında Tələbə Elmi Cəmiyyət böyük rol oynayır. “Elmi-tədqiqatların idarə olunması departamenti”nin yaradılmasını da təsdiqlənib. Şura üzvləri universitetdə çalışan alimlərin işlərini stimullaşdırmaq məqsədilə onlar tərəfindən Q indeksli nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqaləyə görə təklif olunan mükafat barədə irəli sürülən təşəbbüsü də dəstəkləyib.