ATU-nun Böyük Elmi Şurasının növbəti iclası martın 7-də keçirilib. “Azərbaycan Tibb Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və yaz semestrində tədris prosesinin daha da yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri” adlı hesabat dinlənilib. Rektor daxili nizam-intizam qaydalarının və davamiyyətin daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən söhbət açıb. Əczaçılıq və İctimai səhiyyə fakültələrində IV kursun sonuncu semestrində tələbələrin istehsalat təcrübəsindən biliyinin yekun qiymətləndirilməsinin OSKİ formada 100 ballıq sistemlə aparılması müzakirə olunub.

Link:  https://amu.edu.az/news/4053/payiz-semestrinin-imtahan-sessiyasinin-yekunlari-muzakire-olunub